×
A
A
A
Sazlamalar

Azərbaycan məscidlərində bayram namazı qılınıb VİDEO

Bakı, 22 avqust, AZƏRTAC

Müqəddəs Qurban bayramı ilə əlaqədar avqustun 22-də səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.
AZƏRTAC xəbər verir ki, bayram namazı Bakıda saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınıb.
Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.
Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.

Din 2018-08-22 09:30:00

Video