Rusiya Prezidenti Berlinə səfər edib
Bakı, 18 avqust, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Angela Merkel ilə danışıqlar aparmaq üçün Berlinə səfər edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya dövlət başçısının təyyarəsi avqustun 18-də “Tegel” beynəlxalq aeroportunda yerə enib. Putin buradan AFR hökumətinin iqamətgahına gedəcək.
Rusiya Prezidenti yolüstü Avstriyada dayanıb. O, Avstriyanın xarici işlər naziri xanım Karin Knaysl və maliyyəçi Volfqanq Maylingerin toyunda iştirak edib.
RF Prezidenti və AFR Kanslerinin danışıqları mətbuat üçün bəyanatlarla başlayacaq və onlar qarşıdakı görüşün əsas mövzularını açıqlayacaqlar. Sonra söhbət işçi nahar formatında mətbuat üçün qapalı davam etdiriləcək. Görüşdə Suriya nizamlanması mövzusuna, Ukraynanın şərqindəki vəziyyətə, Rusiya və AFR-in ikitərəfli əməkdaşlığına, həmçinin energetika məsələlərinə toxunulacağı gözlənilir.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır