Xətai rayonu ərazisində ölümlə nəticələnən qəza törədən sürücü barədə həbs qətimkan tədbiri seçilib
Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 16-da saat 01:45 radələrində paytaxtın Xətai rayonu ərazisində 1995-ci il təvəllüdlü Elşən Şahverdiyev idarə etdiyi, atasına məxsus “Mercedes Benz E 220” markalı 99-FN-212 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səkidə 1985-ci il təvəllüdlü Azər Mirzəyevi, 1967-ci il təvəllüdlü Fuad Şirinovu və 1988-ci il təvəllüdlü Samir Mustafayevi vurub.
Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, nəticədə S.Mustafayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər şəxslər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Fakta görə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin və sürücünün ifadəsi alınıb. Zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilib və digər istintaq hərəkətləri yerinə yetirilib.
E.Şahverdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb