×
A
A
A
Sazlamalar

İndoneziya sahillərində növbəti güclü zəlzələ baş verib

Tokio, 18 avqust, AZƏRTAC 

Flores dənizinin İndoneziya sahillərində 6,5 bal gücündə növbəti zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri İndoneziyanın Komodo adasından 135 kilometr şimalda, Makasar şəhərindən isə 255 kilometr cənubda yerləşib. Zəlzələnin ocağının 546 kilometr dərinlikdə olduğu bildirilir.
Şahidlərin dediyinə görə, zəlzələ Bali adasında da hiss olunub.
Dağıntılar və həlak olanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-08-18 12:17:00