×
A
A
A
Sazlamalar

Şərurlu gənclər ordu sıralarına yola salınıblar

Şərur, 17 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi mühüm tədbirlər ölkəmizin hərbi gücünü ildən-ilə artırır. Bunu cari ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun Günnüt kəndində və ətraf ərazilərdə keçirilən uğurlu əməliyyatlar da bir daha sübut etdi.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şərur Rayon İdarəsində gəncləri hərbi xidmətə yola salınması münasibətlə keçirilən tədbirdə çıxış edən idarənin rəisi vəzifəsinin icraçısı, polkovnik-leytenant Cəfər Hüseynov deyib.
Tədbirdə Çomaxtur kənd sakini Azər Əliyev valideynlər adından çıxış edərək hərbi xidmətə yola salınanlara Vətənin müdafiəsində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Şərur rayon təşkilatının sədri Nəsib Quliyev, rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Zakir Bayramov, Gənclər və İdman İdarəsinin əməkdaşı Vüqar Paşayev çıxışlarında gənclərimizə nümunəvi hərbi xidmət arzulayıblar.
Çağırışçılar adından çıxış edən Saleh Əliyev əsgər olmağın, Milli Ordumuzun şəxsi heyətinə qatılmağın doğurduğu qürur hissini bölüşərək hərbi xidməti şərəf və ləyaqətlə, uğurla başa vuracaqlarına əminliyini bildirib.

Regionlar 2018-07-17 11:33:00