×
A
A
A
Sazlamalar

May ayında İtaliyanın dövlət borcu 2 trilyon avronu ötüb

Roma, 17 iyul, AZƏRTAC
İtaliyanın mərkəzi bankı “Banca d’Italia”nın məlumatında bildirilir ki, may ayında ölkənin dövlət borcu yeni tarixi rekorda - 2,327 trilyon avroya çatıb.
AZƏRTAC ölkənin mərkəzi bankına istinadla xəbər verir ki, bu rəqəm ötən ayın göstəricisi ilə müqayisədə 14,6 milyard avro çoxdur.
2017-ci ilin sonundan etibarən İtaliyanın borc yükünün üzərinə 84,3 milyard avro əlavə olunub ki, bu da 3,6 % artım deməkdir.
Məlumatda o da qeyd edilib ki, İtaliya dövlət borcunun çoxluğuna görə (o, ölkə ÜDM-nin 130%-dən çoxunu təşkil edir) avrozonada Yunanıstandan sonra ikinci yerdədir.

 

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2018-07-17 04:29:00