×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev ANAMA-nın əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasının 20 illiyi münasibətilə qurumun işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, mina təhlükəsi ilə mübarizə sahəsində xüsusi xidmətlərinə və vəzifə borclarını yerinə yetirərkən fərqləndiklərinə görə 1 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 1 nəfər “Vətən uğrunda”, 2 nəfər “İgidliyə görə”, 16 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.

Sosial 2018-07-16 18:26:00