×
A
A
A
Sazlamalar

Yanvar-iyun ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

Bakı, 13 iyul, AZƏRTAC
Yanvar-iyun ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 396.37 milyon manat məbləğində sığorta haqları toplanıb, 119.3 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, könüllü sığorta bazarı üzrə haqlar 286.84 milyon manat, ödənişlər isə 87.11 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 109.53 milyon manat, ödənişlər isə 32.19 milyon manat olub.
2018-ci ilin yanvar-iyun ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 72 faizi könüllü, 28 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73 faizi könüllü, 27 faizi isə icbari sığorta növləri hesabına formalaşıb.
Yanvar-may ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Maliyyə 2018-07-13 10:54:00