×
A
A
A
Sazlamalar

Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək

Bakı, 22 iyun, AZƏRTAC
İyulun 4-də Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AZƏRTAC-a bildiriblər ki, konfransa Pakistan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin qatılacağı gözlənilir.
Qeyd edək ki, konfrans İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Biznes 2018-06-22 02:50:00