×
A
A
A
Sazlamalar

İyunun sonlarında İsveçrəyə ixrac missiyası təşkil ediləcək

Bakı, 12 iyun, AZƏRTAC
İyunun 25-29-da İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərinə ixrac missiyası təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
Y.Abdullayev qeyd edib ki, bu ixrac missiyasında əsasən fındıq ixracatçıları iştirak edəcək. Ötən il Azərbaycanda 21 min tona yaxın fındıq ixrac olunub.
Xatırladaq ki, bu il Çin, Qazaxıstan, Rusiya, Fransa, Monqolustan, Türkiyə, Almaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə ixrac missiyaları təşkil olunacaq.

Biznes 2018-06-12 12:12:00