×
A
A
A
Sazlamalar

Bu il sahibkarlara 70-dən çox investisiya təşviqi sənədi verilib

Bakı, 25 may, AZƏRTAC
Bu il ərzində sahibkarlara 70-dən çox investisiya təşviqi sənədi verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi sənaye şöbəsinin müdir müavini Bəxtiyar Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2016-cı ilin may ayından ölkə üzrə investisiyalar təşviq edilməyə başlayıb. Son iki ilə yaxın müddətdə müxtəlif biznes subyektləri tərəfindən təqdim edilən layihələrə baxılıb. 271 layihəyə investisiya təşviqi sənədi verilib. Bu sənədlərin verilməsi nəticəsində ölkə iqtisadiyyatına 2,5 milyard manata yaxın investisiya qoyulub, 18 mindən artıq yeni iş yerləri yaradılıb.

Biznes 2018-05-25 12:10:00