×
A
A
A
Sazlamalar

Azərbaycan və Rusiya sahibkarlar qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası ilə Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb.
ASK-dan AZƏRTAC-a bildiriblər ki, sənədi "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda Bakıda keçirilən tədbir çərçivəsində ASK-ın prezidenti Məmməd Musayev və Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin imzalayıb.
Memorandumun məqsədi iki ölkə arasında gələcək əməkdaşlıq perspektivlərinin genişləndirilməsidir.

 

Biznes 2018-05-21 15:35:00