×
A
A
A
Sazlamalar

Qüvvətli yağış Ankarada güclü selə səbəb olub

İstanbul, 20 may, AZƏRTAC 

Mayın 20-də Türkiyə vaxtı ilə 15.30-da Ankara şəhərinə şiddətli yağış yağıb.
AZƏRTAC xəbər verir ki, təxminən 15 dəqiqə davam edən yağış güclü selə səbəb olub. Vətəndaşlara və şəhər təsərrüfatına böyük ziyan dəyib. Avtobuslar və minik maşınları tunellərdə qalıb.
Əraziyə çoxlu sayda xilasetmə qüvvələri cəlb olunub.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2018-05-20 19:32:00