×
A
A
A
Sazlamalar

Qazaxda inşa olunan elektrod zavodunun tikintisi yekunlaşmaq üzrədir

Qazax, 19 may, Famil Quliyev, AZƏRTAC

Qazax rayonunun Xanlıqlar kəndində inşa olunan elektrod zavodunun tikintisi yekunlaşmaq üzrədir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər yekunlaşıb. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır. Bundan başqa, ofis binasında da əsas işlər başa çatıb.
Zavodun ətrafına müxtəlif növ ağac və gül kolları əkilib.

Regionlar 2018-05-19 11:18:00