×
A
A
A
Sazlamalar

Tokioda Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq çərçivəsində görüş keçiriləcək

Tokio, 19 may, AZƏRTAC
Yaponiyanın ticarət naziri Hiroşiqe Seko elan edib ki, Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq (RCEP) çərçivəsində nazirlər səviyyəsində görüş iyulun 1-də Tokioda keçiriləcək.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən H.Seko bu görüşə 16 iştirakçı dövlətin nümayəndələrinin qatılacağını əlavə edib.
Onların arasında Yaponiya, Çin, Cənubi Koreya və ASEAN üzvü olan ölkələrin nümayəndələrinin olacağı gözlənilir. Yaponiya paytaxtında ilk dəfə keçiriləcək görüşə Yaponiya və Sinqapur birlikdə sədrlik edəcəklər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-05-19 06:14:00