×
A
A
A
Sazlamalar

Cari ildə Yaponiyanı ziyarət edən əcnəbi turistlərin sayı 10 milyonu ötüb

Tokio, 19 may, AZƏRTAC
Cari ildə Yaponiyanı ziyarət edən əcnəbi turistlərin sayı artıq 10 milyonu ötüb. Beləliklə, 2018-ci ildə həmin göstərici əvvəlki ildə olduğundan daha tez əldə edilib.
AZƏRTAC Milli Turizm Agentliyinə istinadla xəbər verir ki, cari ilin yanvarından aprelinədək Yaponiyaya 10,5 milyon əcnəbi turist səfər edib.
Rəsmi nümayəndələrin bildirdiyinə görə, son vaxtlar Yaponiyaya Cənubi Koreyadan və Tayvandan əlavə aviamarşrutlar açılıb.
Turistlərin sayının artmasına təsir edən digər faktor isə, fərdi qaydada Çindən və Rusiyadan Yaponiyaya gələnlərin sayının artmasıdır.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-05-19 00:08:00