×
A
A
A
Sazlamalar

Kubada göyərtəsində yüzdən çox sərnişin olan təyyarə qəzaya uğrayıb

Bakı, 18 may, AZƏRTAC

Kubada Cubana de Aviacion aviakompaniyasına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Telemundo telekanalı Kuba televiziyasına istinadla məlumat yayıb.
Havana aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılan Boeing 737 təyyarəsinin göyərtəsində 104 sərnişinin olduğu bildirilir.

Dünya 2018-05-18 21:39:00