×
A
A
A
Sazlamalar

ABŞ-ın Texas ştatındakı məktəbə silahlı hücum nəticəsində 8 nəfər həlak olub

Bakı, 18 may, AZƏRTAC
ABŞ-ın Texas ştatının Santa-Fe şəhərində yerləşən məktəbdə açılan atəş nəticəsində ən azı 8 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, ABC13 telekanalının yerli təhsil idarəsinin administrasiyasına istinadla yaydığı məlumata görə, hazırda şagirdlərin bir hissəsi təhlükəli zonadan təxliyə olunub. Polis məktəbdə qalan digər uşaqları oradan çıxarmağa çalışır. Hadisənin təfərrüatları və atəş açan şəxsin kimliyi barədə məlumat verilmir.
Yerli KİV-lər atəş açanın məktəbin şagirdi olduğunu və artıq polis tərəfindən həbs edildiyini bildirirlər.

Dünya 2018-05-18 19:23:00