İtaliya şirkəti öz məhsullarını Azərbaycanda istehsal etmək üçün sahibkarlara müraciət edib
Bakı, 17 may, AZƏRTAC
İtaliya şirkəti öz məhsullarını Azərbaycanda istehsal etmək üçün sahibkarlara müraciət edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, İtaliyanın “SIAD” şirkətlər qrupu Çexiyadakı nümayəndəliyi vasitəsilə öz məhsullarının satışı (texniki qazlar və qaz kompressorları) və Azərbaycanda istehsalın birgə təşkil edilməsi məqsədilə 30 milyon avro sərmayə yatırılmasını, Avropa texnologiyasının ölkəmizə transferini, rəqabət qabiliyyətli Avropa sertifikatına malik məhsul istehsalını, eləcə də yeni iş yerlərinin yaradılmasını təklif edir.
Şirkət və şirkətin istehsal etdiyi məhsullar haqqında ətraflı məlumatları “www.siad.com” saytından əldə etmək mümkündür.
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
ADRA rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilin ən irimiqyaslı Reklam Forumunda
Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsinə regionlardan başlanılıb
Azərbaycan nümayəndə heyəti Xorvatiyada kiçik ailə biznesinin vəziyyəti ilə yaxından tanış olub
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub