×
A
A
A
Sazlamalar

Azərbaycan sahibkarları Qırğızıstanda keçirilən hərracda iştirak edə bilərlər

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan sahibkarları üçün Qırğızıstanda kömür, qızıl və duz yataqlarından istifadə imkanı yaranıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, Qırğızıstanın Oş vilayətinin Naukat rayonunda yerləşən “Jatan”, “At-Başı” və “Keten-Tübe” adlı kömür, qızıl və duz yataqlarının istifadəsi üzrə hərrac keçiriləcək. Azərbaycan sahibkarları həmin hərracda iştirak edə bilərlər.
Hərrac haqqında daha ətraflı məlumat əldə etmək üçün

http://azpromo.az/news/view/attention-entrepreneursqpdscb linkində yerləşdirilən keçiddən istifadə etmək mümkündür.

Biznes 2018-05-17 12:35:00