Azərbaycan və Rusiya qurumları arasında kiçik və orta biznesin inkişafı üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Respublikasının Kiçik və Orta sahibkarlığın İnkişafı Agentliyi və Rusiya Federasiyasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Korporasiyası əməkdaşlıq barədə memorandum imzalayıblar.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, sənədi korporasiya tərəfdən baş direktor Aleksandr Braverman, agentlik tərəfdən isə icraçı direktor Orxan Məmmədov imzalayıb.
Memorandum çərçivəsində tərəflər kiçik və orta sahibkarlığın inkişaf seqmentlərinin əsas istiqamətləri üzrə təcrübə mübadiləsi sahəsində maliyyə-zəmanət, informasiya-marketinq dəstəyi də daxil olmaqla, uzunmüddətli əməkdaşlıq qurmağı planlaşdırırlar. Bundan əlavə, tərəflər əməkdaşlığın qurulması və hər iki dövlətin sahibkarlıq qurumları arasında qarşılıqlı məsləhətləşmələrin keçirilməsinə yardım göstərmək niyyətində olduqlarını bildiriblər.
Tərəflər, həmçinin kiçik və orta biznes sahəsində Rusiya və Azərbaycan arasında birgə layihələrin yaradılması və inkişafını, o cümlədən rusiyalı və azərbaycanlı sahibkarlar arasında yüksək texnologiyalar sahəsində layihələrin inkişafını da təşviq etmək niyyətindədirlər.
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
ADRA rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilin ən irimiqyaslı Reklam Forumunda
Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsinə regionlardan başlanılıb
Azərbaycan nümayəndə heyəti Xorvatiyada kiçik ailə biznesinin vəziyyəti ilə yaxından tanış olub
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub