×
A
A
A
Sazlamalar

Bakıda Azərbaycan-Polşa işgüzar görüşü keçiriləcək

Bakı, 1 may, AZƏRTAC

Mayın 17-də Bakıda Azərbaycan-Polşa işgüzar görüşü keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, görüş Polşa iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək.
Tədbirə kənd təsərrüfatı və qida sahəsində fəaliyyət göstərən 7 Polşa şirkətinin qatılacağı gözlənilir.

Biznes 2018-05-01 18:34:00