×
A
A
A
Sazlamalar

Ekoloji təmiz arı məhsullarının istehsalına başlanılıb

Bakı, 24 aprel, Ramiz Quliyev, AZƏRTAC
Bütün dünyada ekoloji təmiz arı məhsullarının istehsalına başlanılıb. Xüsusi sertifikatlaşdırma təşkilatları var ki, onlar istehsalçı ilə müqavilə bağlayıb öz şərtlərini təklif edirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirilib.
Onun sözlərinə görə, bu məqsədlə 1 il keçid dövrü verilir ki, fermer öz təsərrüfatını sertifikat verən təşkilatın şərtlərinə uyğunlaşdırsın: “Fermerlər qarşısında bir neçə şərt qoyulur ki, onlardan biri də kimyəvi dərmanlardan istifadə olunmamasıdır. Bu şərtlər yerinə yetirilərsə, həmin məhsula beynəlxalq təşkilatlar tərəfindən orqanik sertifikat verilir”.
Lakin sertifikatların verilməsi prosesindəki tariflərin yüksək olduğunu söyləyən B.Həsrətovun fikrincə, xərclərin azaldılması üçün bu işdə maraqlı olan bir neçə arıçı birləşməlidir. “Biz orqanik sertifikat alsaq, Avropa bazarına çıxmaq imkanı əldə edəcəyik, dünyanın istənilən ölkəsində isə orqanik bala ehtiyac var”, - deyə assosiasiya sədri vurğulayıb.

Biznes 2018-04-24 14:37:00