×
A
A
A
Sazlamalar

Türkiyənin “Daily Sabah” qəzetində ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları barədə məqalə dərc edilib

İstanbul, 20 aprel, AZƏRTAC 

Türkiyənin “Daily Sabah” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahimin “Azərbaycanlıların soyqırımının 100 illiyi” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalə saxta “erməni soyqırımı” iddiası ilə davamlı olaraq çıxış edən təcavüzkar Ermənistanı, erməni millətçi dairələrini və onların havadarlarını tam şəkildə ifşa edir.
Yazıda qeyd olunur ki, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə və 1988-ci ildən sonra bölgədə ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı və etnik təmizləmə əməlləri ermənilərin əsl xislətini göstərir. Ötən əsrin ilk illərindən başlayaraq erməni silahlı quldur dəstələrinin məqsədli şəkildə və ardıcıl olaraq xalqımıza qarşı törətdikləri cinayətləri diqqətə çatdıran müəllif Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak işğalından təmizləmək istiqamətindəki tarixi rəşadətindən də bəhs edir.
Məqalə “Daily Sabah” qəzetinin elektron versiyasında da yayılıb.
Qeyd edək ki, Türkiyənin diplomatik dairələri, ali məktəbləri və araşdırma mərkəzləri bu nəşrə abunədir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Qan yaddaşı 2018-04-20 13:23:00