Yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 4439 milyon dollar olub
Bakı, 14 aprel, AZƏRTAC
Yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 140 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac olunub, 131 ölkədən idxal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4439,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2987,5 milyon dollar, idxalın dəyəri 1451,5 milyon dollar təşkil edib, nəticədə 1536,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 31,3 faiz, real ifadədə isə 5,8 faiz, o cümlədən ixrac 5,5 faiz, idxal 6,6 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 26,5 faizini İtaliyaya, 2,3 faizini Ukraynaya göndərilmiş məhsulların dəyəri təşkil edib. Eyni zamanda, ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiya, 2,2 faizi Qazaxıstan ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
ADRA rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilin ən irimiqyaslı Reklam Forumunda
Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsinə regionlardan başlanılıb
Azərbaycan nümayəndə heyəti Xorvatiyada kiçik ailə biznesinin vəziyyəti ilə yaxından tanış olub
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub