×
A
A
A
Sazlamalar

Quba məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutudur

Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan “31 mart soyqırımı: insanlıq əleyhinə yönəldilmiş qəddar cinayət” mövzusunda elmi-praktik konfrans keçirilib.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru, professor Ədalət Muradov erməni millətçilərinin əsrlər boyu “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdiklərini söyləyib. Tarixi mənbələrdə ermənilərin qul olduğunu təsdiqləyən sənədlərin mövcudluğunu diqqətə çatdıran rektor onların xarici havadarlarının köməyi ilə əzəli torpaqlarımızın işğalını öz məqsədlərinə çevirdiklərini deyib. O, Azərbaycan torpaqlarında törədilən erməni soyqırımlarına qarşı xalqımızın birgə mübarizə aparmasının vacibliyini vurğulayıb.
Rektor ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamının mənfur ermənilərin tarixi faktları saxtalaşdırmalarının qarşısının alınmasına yönəlmiş növbəti və çox önəmli addım olduğunu diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı 31 mart soyqırımını insanlığa qarşı törədilmiş ən ağır cinayət adlandırıb, onun başvermə səbəblərini açıqlayıb, ağır nəticələrindən danışıb. Ötən 20 ildə aparılan araşdırmalar sayəsində çox sayda yeni fakt və sənədlərin toplandığını diqqətə çatdıran M.Qasımlı Qubada aşkarlanan kütləvi məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutu kimi səciyyələndirib.
Bildirilib ki, tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu təsdiqləyib. Yalnız 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verildiyi və martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyi diqqətə çatdırılıb.
UNEC-in humanitar fənlər kafedrasının müdiri, professor Vəkil Həsənov mart soyqırımının tarixi kökləri, xarakteri və miqyası haqqında danışıb, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliğində gənclərin rolunu vurğulayıb.
Sonra 1918-ci ilin mart soyqırımını əks etdirən videoçarx nümayiş olunub.

Qan yaddaşı 2018-03-29 19:12:00