×
A
A
A
Sazlamalar

Azərbaycanda toxuculuq sənayesi 65,8 faiz artıb

Bakı, 25 mart, AZƏRTAC
Bu ilin ilk iki ayında toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində 55 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə dəri və dəri məmulatları, ayaqqabı istehsalında 4,7 dəfə, toxuculuq sənayesində 65,8 faiz artım, geyim istehsalında isə 48,3 faiz azalma müşahidə olunub.

Sənaye 2018-03-25 12:25:00