×
A
A
A
Sazlamalar

Daxili işlər naziri Novruzun ilk günündə əsgərlərlə birlikdə nahar edib

Bakı, 20 mart, AZƏRTAC

Martın 20-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bakıda yerləşən "N" saylı hərbi hissəsində olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Novruz bayramı münasibətilə əsgər və zabitləri təbrik edən R. Usubov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, nəinki paytaxtda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb.
Sonra nazir şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə yaxından tanış olub, ərazidə aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.
Daxili işlər naziri Ramil Usubov və nazir müavini Daxili Qoşunların Komandanı Şahin Məmmədov hərbi hissənin yeməkxanasında bayram süfrəsində əsgərlə birlikdə nahar ediblər.

Din 2018-03-20 18:20:00