×
A
A
A
Sazlamalar

Axtarışda olan 33 nəfər saxlanılıb

Bakı, 14 mart, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onlardan 21-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş veriş, nəticədə 10 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Din 2018-03-14 08:55:00