DİN Yevlaxda baş vermiş mikroavtobus qəzası ilə bağlı məlumat yayıb
Bakı, 12 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) martın 11-də Yevlax rayonu ərazisində baş vermiş mikroavtobus qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 11-də səhər saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “QAZ-53” markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan “Ford Tranzit” markalı mikroavtobus toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfəri xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti sabit, 2 nəfərinki isə orta-ağırdır.
Mikroavtobusun sərnişinləri əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olublar. Qəzaya uğrayan mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keçirən nəqliyyat vasitəsi idi.
Faktla bağlı müvafiq araşdırma aparılır.
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
Dövlət Komitəsi nəzir qutuları və ianələrlə bağlı əsassız ittihamlar səsləndirənlərə cavab verib
Azərbaycandakı dini konfessiya rəhbərləri Laçın yolundakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar