×
A
A
A
Sazlamalar

Yanvarda toxuculuq sənayesi 1,7 dəfə artıb

Bakı, 20 fevral, AZƏRTAC
Bu ilin yanvarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 24,4 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin eyni ayı ilə müqayisədə bu ilin yanvarında toxuculuq sənayesində 1,7 dəfə, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 3,2 dəfə artım, geyim istehsalında isə 52,3 faiz azalma müşahidə olunub.

Sənaye 2018-02-20 16:19:00