×
A
A
A
Sazlamalar

Azərbaycan polimer istehsalında böyük potensiala malikdir

Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycanın iqtisadi qüdrəti bilavasitə sənayenin inkişafı ilə bağlıdır. Hazırda Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov fevralın 15-də "Azərbaycanda innovativ sənaye trendləri: mövcud potensialı, inkişafı və perspektivləri" mövzusunda keçirilən konfransda deyib.
"Ölkəmiz təbii ehtiyatlarla zəngindir. Azərbaycan polimer istehsalında böyük potensiala malikdir. "SOCAR-Polymer"də elə məhsullar istehsal edilməlidir ki, o məhsullar dünya bazarında rəqabətədavamlı olsunlar", - deyə nazir müavini qeyd edib.

Sənaye 2018-02-15 11:37:00