×
A
A
A
Sazlamalar

Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb

Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycanda çox güclü sənaye potensialı var. İqtisadiyyat Nazirliyi hazırda 2018-ci ildə istehsala başlayacaq “SOCAR Polymer” layihəsinin məhsulları üçün potensial istehlakçı axtarır. Artıq 15 şirkətlə danışıqlar aparılır.
"Sumqayıt Kimya Sənaye Parkında 15 rezident var, bu günlərdə daha 1 rezident qeydiyyata alınıb", - deyə N.Səfərov diqqətə çatdırıb.

Sənaye 2018-02-06 11:47:00