×
A
A
A
Sazlamalar

Ötən il sənaye məhsulunun 24,7 faizi emal sektorunda istehsal olunub

Bakı, 21 yanvar, AZƏRTAC
2017-ci ildə ölkədə istehsal olunan sənaye məhsulunun 24,7 faizi emal sektorunun payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, emal sektorunda qida məhsullarının istehsalı 1,0, içkilərin istehsalı 17,2, tütün məmulatlarının istehsalı 7,9, toxuculuq sənayesi məhsullarının istehsalı 44,7, geyim istehsalı 15,5, ağacın emalı və ağacdan məmulatların istehsalı 34,7, kağız və karton istehsalı 0,6, mebel istehsalı 16,2 faiz artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 4,7 faiz azalıb.

Sənaye 2018-01-21 22:46:00