Sahibkarlar Tehranda keçiriləcək sənaye sərgisinə dəvət olunur
Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Tehranda keçiriləcək sərgidə iştiraka dəvət olunurlar.
AZƏRTAC Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadla xəbər verir ki, yanvarın 30-da Tehranda yemək sənayesi və yuyucu vasitələr, sanitariya, kosmetika, sellüloz sənayesi və onunla əlaqəli olan sənaye sahələrinin ilk ixtisaslaşdırılmış beynəlxalq sərgisi açılacaq. Sərgi fevralın 2-dək davam edəcək.
Sərgidə iştirak etməkdə maraqlı olanlar əlavə məlumatı aşağıdakı keçiddən əldə edə bilərlər: http://azpromo.az/uploads/files/news/9796c6274cf124f512ec5ba57929cf19.pdf, http://azpromo.az/uploads/files/news/6ac02cd6d0da6d004a0219fcd4ff9868.pdf.
Avstriya şirkəti Azərbaycanın sənaye zonalarına investisiya yatırmağa dəvət edilib
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
Mikayıl Cabbarov: Avqustda Ağdam Sənaye Parkında tikinti işlərinə başlanılması planlaşdırılır