×
A
A
A
Sazlamalar

Azərbaycanda toxuculuq sənayesi 47,8 faiz artıb

Bakı, 23 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toxuculuq sənayesi 47,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, on bir ayda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 243,7 milyon manat dəyərində məhsul istehsal edilib. Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 47,8 faiz, geyim istehsalında 31,3 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 2,8 faiz azalma müşahidə olunub.

Sənaye 2017-12-23 07:50:00