×
A
A
A
Sazlamalar

Bakının toxuculuq sənayesi 34,8 faiz artıb

Bakı, 11 dekabr, AZƏRTAC
Bakı şəhərinin toxuculuq sənayesində geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 84,2 milyon manat dəyərində məhsul istehsal edilib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 34,8 faiz, geyim istehsalında 14,4 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 47,0 faiz artım müşahidə olunub.

Sənaye 2017-12-11 00:11:00