×
A
A
A
Sazlamalar

Azərbaycanda sənaye parklarında 25 rezident qeydiyyata alınıb

Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycanda 5 sənaye parkı, 3 sənaye məhəlləsi və 3 aqropark yaradılıb. Sənaye parklarında 25 rezident qeydiyyata alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları” mövzusunda keçirilən tədbirdə deyib.
“Eyni zamanda, ölkəmizdə 28 rayon üzrə 42 aqroparkın yaradılması təşkil olunub. Bu aqroparkların ümumi dəyəri 350 milyon manatdır”, - deyə nazir müavini qeyd edib.
Niyazi Səfərov, həmçinin indiyədək 200-dən çox sahibkara investisiya təşviqi sənədinin verildiyini diqqətə çatdırıb.

Sənaye 2017-12-06 10:53:00