×
A
A
A
Sazlamalar

Azərbaycanda cari ilin doqquz ayı ərzində toxuculuq sənayesində 73,8 faiz artım olub

Bakı, 22 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 177,5 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 73,8 faiz, geyim istehsalında 37,9 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 21,3 faiz azalma müşahidə olunub.

Sənaye 2017-10-22 05:37:00