Yanvar-sentyabr aylarında sənaye məhsulunun 24,6 faizi emal sektorunda istehsal olunub
Bakı, 11 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında ölkədə sənaye məhsulunun 24,6 faizi emal sektorunda istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, emal sektorunda qida məhsullarının istehsalı 0,7 faiz, içkilərin istehsalı 26,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 73,8 faiz, geyim istehsalı 37,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 51,8 faiz, mebel istehsalı 16,6 faiz artıb.
Tütün məmulatlarının istehsalı 12,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 21,3 faiz, kağız və karton istehsalı 1,4 faiz azalıb.
Avstriya şirkəti Azərbaycanın sənaye zonalarına investisiya yatırmağa dəvət edilib
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
Mikayıl Cabbarov: Avqustda Ağdam Sənaye Parkında tikinti işlərinə başlanılması planlaşdırılır