×
A
A
A
Sazlamalar

Azərbaycan şirkəti Həştərxan yaxınlığında elektrik mühərrikləri zavodu açacaq

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycanın “Atef-Russ” şirkəti Həştərxan vilayətindəki “Lotos” xüsusi-iqtisadi zonasında (XİZ) ilk xarici investor olub. Şirkət 2018-ci ildə bu regionda elektrik mühərrikləri istehsal edən zavod açacaq.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, regionun qubernatoru Aleksandr Jilkin bu barədə Peterburq Beynəlxalq İqtisadi Forumunda məlumat verib
A.Jilkin deyib: “Azərbaycanın “Atef-Russ” şirkəti “Lotos” XİZ-də rezident statusu almış ilk şirkətdir. Şirkətin nümayəndələri elektrik mühərrikləri və elektrik detalları istehsal edən zavodun tikiləcəyi sahəyə daxil olub və artıq tikinti işinə başlayıblar. Bu məhsullar Rusiya bazarında təqdim edilib və onlara tələbat var. Rusiyada bu cür mühərriklər yoxdur və bu, Rusiya müəssisəsi olacaq. Layihə üzərində işi gələn ilin ortalarınadək başa çatdırmaq nəzərdə tutulur”.
Layihəyə əsasən, burada ildə təxminən 2 min dəst (3-6 min ton) müxtəlif tipli transformatorlar istehsal edilməsi nəzərdə tutulur.

Sənaye 2017-06-03 11:17:00