×
A
A
A
Sazlamalar

Arxeoloqlar 1500 yaşı olan mozaika tapıblar

Bakı, 23 avqust, AZƏRTAC 

Arxeoloqlar Yerusəlimdə Bizans dövrünə aid mozaika aşkar ediblər.
AZƏRTAC mir24.tv saytına istinadla xəbər verir ki, 1500 yaşı olan mozaikanın üzərində həkk edilmiş yazı yaxşı vəziyyətdə qalıb.
Tədqiqatlar onilliklər boyu borular və kabellər keçən yerlərdə aparılıb. “Qazıntılar yekunlaşan zaman biz mozaikanı tapdıq. Mozaikanın heç bir zədə almamasına çox təəccübləndik. Bu tapıntı hər bir arxeoloqun arzusudur”, - deyə arxeoloji ekspedisiyanın rəhbəri David Qelman bildirib.

Elm və təhsil 2017-08-23 18:29:00