“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
Bakı, 20 aprel, AZƏRTAC
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi “Sabahın alimləri” XIII respublika müsabiqəsində uğur qazanıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi müsabiqənin final mərhələsində 4 layihə ilə iştirak edərək 3 layihə üzrə qalib elan edilib.
Təhsil Kompleksinin 6 şagirdi müsabiqədə gümüş medala layiq görülüb. Onlar 9-cu sinif şagirdləri Araz Abbaszadə, Natəvan Dəmirova, 10-cu sinif şagirdləri Asi Paşazadə, Nuray Əliyeva, 11-ci sinif şagirdləri Lamiyyə Babazadə və Toğrul Mehdiyevdir.
Qeyd edək ki, müsabiqə Elm və Təhsil, Gənclər və İdman nazirlikləri, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilib.
Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib
Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib
Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub
BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış
AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur