×
A
A
A
Sazlamalar

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Bakı, 23 avqust, AZƏRTAC

“Asan peşə” layihəsi üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçiminə avqustun 28-də başlanılacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz şəkildə həyata keçirilib. Ümumilikdə 10 min 277 nəfər qeydiyyatdan keçib.
Ötən tədris ilindən etibarən Təhsil Nazirliyinin və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

Elm və təhsil 2017-08-23 11:09:00