×
A
A
A
Sazlamalar

Bu il Şəkidə üzüm istehsalının 5 min tona çatdırılacağı gözlənilir

Şəki, 19 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə üzüm yığımına başlanılıb. Hələlik bağlardan əsasən süfrə üzümü sortları yığılır. Tezliklə texniki sortların da yığımına başlanılacaq. Məhsul istehsalçıları ilk günlər bağlardan 190 tona yaxın üzüm yığıblar. İstehsal olunan üzüm satış üçün əsasən daxili bazarlara göndərilir.
Bu barədə AZƏRTAC-a şəhər icra hakimiyyətindən məlumat verilib.
Qurumdan bildiriblər ki, hazırda rayonda 300 hektar bar verən üzüm bağı var. Cari ilin yazında 5 hektar sahədə yeni üzümlüklər salınıb. Builki mövsümdə Şəkidə üzüm istehsalının 5 min tona çatdırılacağı gözlənilir. Ötən il isə bağlardan 4162 ton üzüm yığılıb.

 

Kənd təsərrüfatı 2017-08-18 23:25:00