×
A
A
A
Sazlamalar

Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub

Oğuz, 26 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 15 min 834 hektar sahənin məhsulu biçilib, 49 min 3 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 30,9 sentner təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, tədarük edilən taxılın 34 min 394 tonu buğda, 14 min 609 tonu isə arpadır. Buğda zəmilərində hər hektardan orta məhsuldarlıq 31 sentner, arpa sahələrində isə 30,9 sentner olub. Rayon üzrə ən yüksək məhsuldarlıq toxumçuluq təsərrüfatlarında qeydə alınıb. Belə ki, builki mövsümdə həmin təsərrüfatlarda hər hektardan 45 sentnerədək məhsul götürülüb.
Hazırda rayonunun təsərrüfatlarında payızlıq dənli bitkilərin səpini üçün yay şumunun çıxarılması davam edir. İndiyədək təsərrüfatlarda 5150 hektar sahədə yay şumu çıxarılıb. Eyni zamanda, taxıl biçini başa çatmış ərazilərdə 193,5 hektar sahədə yaşıl yem üçün təkrar qarğıdalı əkilib.

Kənd təsərrüfatı 2023-08-26 05:30:00