×
A
A
A
Sazlamalar

ABŞ Avstraliyaya 1,3 milyard dollar dəyərində hərbi təyyarələrin satılmasına razılıq verib

Tokio, 27 iyun, AZƏRTAC 

ABŞ Dövlət Departamenti Avstraliyaya 1,3 milyard dollar dəyərində “Gulfstream” hərbi təyyarələrinin satılmasına razılıq verib. Bu barədə Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsi məlumat yayıb.
Məlumatda deyilir: “Avstraliya hökuməti hava kəşfiyyatı, izləmə və radioelektron mübarizə vasitələrinə malik 5 ədəd “Gulfstream G-550” təyyarəsinin satışının mümkünlüyü xahişi ilə müraciət edib”.
ABŞ administrasiyası Konqresi qəbul edilmiş qərar barədə məlumatlandırıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2017-06-27 08:43:00