Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür
İstanbul, 20 aprel, Günel Karatepe, AZƏRTAC
Dünyanı gözləyən ən böyük böhran əslində beynəlxalq sistemin ikiüzlülüyü, beynəlxalq hüququn işləməməsi və İkinci Dünya müharibəsindən sonra qurulan hegemon sistemin faydasızlığıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Sami Şükri ilə görüşdən sonra mediaya açıqlamasında səsləndirib.
Misir ilə Türkiyə arasındakı əməkdaşlığın hər iki xalq və bölgə üçün əhəmiyyətindən bəhs edən Hakan Fidan Qəzza zolağına humanitar yardımların Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə çatdırılması istiqamətində fasiləsiz koordinasiyalı fəaliyyət apardıqlarını deyib. O, İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquqa uyğun həllini tapmadığı təqdirdə bölgədə bu kimi böhranların artaraq davam edəcəyini bir daha diqqətə çatdırıb.
Sami Şükri də öz növbəsində bölgədə baş verən son hadisələr, eləcə də artan gərginlik ilə bağlı ölkəsinin ciddi narahatlıq hissi keçirdiyini qeyd edib.
Nazirlər görüşdə ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq, Türkiyənin Misirə investisiyaları, regional təhlükəsizlik və digər aktual məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını bildiriblər.
“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb
Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək
Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb
Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar