×
A
A
A
Sazlamalar

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Bakı, 4 may, AZƏRTAC
Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Kameron Şimali Atlantika Alyansı hərbçilərinin Ukraynaya göndərilməsinə zərurət görmədiyini qeyd edib.
Beləliklə, nazir Fransa Prezidenti Emmanuel Makronun RF silahlı qüvvələri tərəfindən irimiqyaslı hücum olacağı təqdirdə Qərb ölkələri qoşunlarının Ukraynaya göndərilməsi ideyası ilə razılaşmayıb.

Dünya 2024-05-04 07:15:00