Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO
Vaşinqton, 20 aprel, AZƏRTAC
“Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq”.
Bu fikirləri COP29 nümayəndə heyətinin səfəri çərçivəsində aprelin 20-də Vaşinqtonda keçirilmiş “İqlim maliyyəsi üçün qlobal fəaliyyətin təmin edilməsi üzrə dialoq” mövzusunda tədbirdə iştirak edən Dünya Bankının İqlim Dəyişikliyi Qrupunun qlobal direktoru Cennifer Sara AZƏRTAC-ın ABŞ bürosuna açıqlamasında deyib.
“Builki sammit iqlim maliyyələşməsinə həsr olunub və bu, çox vacib mövzudur. Biz Dünya Bankı olaraq digər inkişaf bankları ilə birlikdə ölkələrin iqlim məqsədlərini yerinə yetirə bilməsi üçün özəl, dövlət sektoru və digər mənbələrdən maliyyələşməni həyata keçirmək istiqamətində işləyirik”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb
Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir